Accessibility links

Axtamarın bərpası üçün erməni memarı dəvət olundu


Son zamanlarda Türkiyənin Ermənistanla əlaqələrini yaxşılaşdırması yönündə atdığı addımların sayı artmışdır. Bu çərçivədə, Baş Nazir Recep Təyüb Ərdoğan Ermənistan Prezidenti Robert Köçəryana, 1915-ci il hadisələrin araşdırılması üçün ortaq bir komissiyanın qurulmasını təklif edmişdir. İki ölkə arasında dialoqun yaranması, Van gölündəki Axtamar kilsəsinin bərpası ilə başladı. Baş Nazir Ərdoğan, 1100 ilik Axtamar kilsəsinin bərpa olunması üçün Ermə ni memarının dəvət olunmasını məqsədə uyğun saydı. Ərdoğan, bərpa işlərinə başlamadan öncə Mədəniyyət və Turizm naziri Atilla Koça verdiyi təlimatda, kilsənin bərpasına heçkimin etiraz etməməsi üçün, Erməni bir memarın dəvət olunmasını istədi. Mədəniyyət Nazirliyi Axtamar kilsəsinin bərpası layihəsinə əsli erməni olan türk memarı Zakarya Miladoğlunu təyin etdi. Kilsə eramızın 915-921-ci illərində Van gölündə yerləşən Axtamar adasında, Erməni kralı tərəfindən tikdirilmişdir.
XS
SM
MD
LG