Ötən həftə Londonda baş verən terror hadisəsinin qurbanlarının sayı 55-ə çatıb. Bu arada Britaniya baş naziri bütün dünyanı şər ideologiyasına qarşı mübarizə aparmağa səsləyib. Əmək Partiyasının qurultayında çıxış edən baş nazir bildirib ki, burada söhbət sivilizasiyaların müharibəsindən yox, İslamın daxilində və xaricində cərəyan edən ideyaların mübarizəsindən gedir. Bu arada, iki London intiharçısının valideynləri qurbanların ailələrinə başsağlığı verərək, terrorizmi pisləmişlər. Ailələrdən biri söyləyib ki, onların oğlu terrorçuların təbliğatına uyub. Britaniyanın yüksək səviyyəli müsəlman liderləri günahsız insanların kütləvi qətlini Qurana zidd adlandıraraq, ölənlərin şəhid olmadıqlarını bəyan etmişdir. Britaniya rəsmiləri həmçinin terror hücumu həyata keçirməyi planlaşdıran insanları həbs etməyi asanlaşdıran yeni qanunu nəzərdən keçirməyə başlayıblar.