Accessibility links

İraqın baş naziri İranda səfərdədir


İraqın Baş Naziri İbrahim Əl-Cəfəri İranda rəsmi səfərdədir. O, 2003-cü ildə Səddam Hüseyn hakimiyyətdən devrildikdən sonra İrana səfər edən ölkəsinin ilk baş naziridir. İraq İranla münasibətlərini yaxşılaşdırmağa çalışır. Bu münasibətlər Səddam Hüseynin hakimiyyəti dövründə, xüsusilə 1980-88-ci illərdəki İran-İraq müharibəsi zamanı gərginləşmişdi.

Bu arada, Amarah şəhərində yolda mina partlayışı nəticəsində 3 Britaniya əsgəri həlak olub. Bağdadda da intiharçının hücumu nəticəsində üç polis dünyasını dəyişib. Mosulda isə dörd polis öldürülüb. Dünən isə İraqda baş verən intiharçıların hücumları nəticəsində 32 nəfər həlak olmuş və 100-dən çox adam isə müxtrəlif bədən xəsarəti almışdır.

XS
SM
MD
LG