Accessibility links

İran jurnalisti həbsxanadan xəstəxanaya aparılıb


İranın Xəbərlər Agentliyinin bildirdiyinə görə həbsdə olan jurnalist Əkbər Gənci bu gün səhhətinin pisləşməsi ilə əlaqədar Tehran xəstəxanasına aparılmışdır. O, azadlıqdan məhrum edilməsinə etiraz olaraq artıq beş həftədir ki, aclıq edirdi. Əkbər Gəncinin qızı müxbirlərə deyib ki, nə ona, nə də anasına onunla görüşməyə icazə verilmir. Cənab Gənci 2000-ci ildə Berlində keçirilən konfransda çıxışı və 1990-cı illərin sonunda bir neçə dissidentin qətlində İran kəşfiyyat orqanlarının əli olduğu barədə yazdıqdan sonra altı il müddətinə həbs cəzasına məhkum edilmişdi. Keçən həftə prezident Buş bu məsələyə münasibətini bildirmiş və Gəncinin tez bir zamanda azad edilməsini tələb etmişdir. İran isə jurnalisti azad etmək niyyətində olmadığını bildirir.
XS
SM
MD
LG