Accessibility links

ABŞ Nümayəndlər Palatası Azərbycanada seçkilərlə bağlı qətnamə qəbul etdi


Dünən Birləşmiş Ştatlar Nümayəndələr Palatası lehinə 416, əleyhinə 1 səs verilməklə Azərbaycan hökumətini azad və ədalətli parlament seçkiləri keçirməyə səsləyən qətnaməni qəbul edib. Qətnaməyə sponsorluq edən Respublikaçı konqresmen Elton Gəlliqli keçmiş Sovet imperiyasının bütün guşələrində demokratiyanın bərqərar olmasına ehtiyac olduğunu vurğulayaraq söyləyib: “Azərbaycan 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazandı. 2003-cü ildə prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər belə qənaətə gəldilər ki, səsvermə saxtakarlıq və intimidasiya şəraitində keçib. Azərbaycan dünya ictimaiyyətinə göstərməlidir ki, Noyabrda keçiriləcək seçkilər azad və ədalətli olacaq.” Spesifik olaraq cənab Gəlliqlinin qətnaməsi Azərbaycan hökumətini bütün müxalifət partiyalarının seçkilərdə iştirak etməsinə və müstəqil təşkilatların seçki prosesini bütünlüklə izləməsinə icazə verməyə səsləyir. Bu qətnamə həmçinin Azərbaycanın seçki məcəlləsində dəyişiklik edilməsi üçün beynəlxalq ictimaiyyətin göstərdiyi səyləri dəstəkləyir. Belə ki, bu tələblərdən ən başlıcası ölkənin seçki komissiyalarında hökumət və müxalifət qüvvələrinin paritet əsasda təmsil olunmasıdır. Azərbaycanla Birləşmiş Ştatlar arasında yaxşı münasibətlər mövcuddur və biz ümid edirik ki, bu münasibətlər getdikcə güclənəcək. Amma bunun baş verməsi üçün Azərbaycanın demokratik və azad ölkəyə çevrilməsi başlıca amildir, deyə o, bildirib.
XS
SM
MD
LG