Accessibility links

Əfqanıstanda girov götürülənlər tapılıb


Əfqanıstanın şimal şərqində yerləşən Nuristan əyalətinin yerli rəsmiləri bildirirlər ki, bu həftənin əvvəlində girov götürülmüş 3 Əfqan vətəndaşı sağ-salamat tapılıb. Girovlar Kamdeş qəsəbəsindəki bir evdən oğurlanmışdılar. Onlardan ikisi seçki işçiləri idi. Bu tapıntı haqda hələlik ətraflı məlumat əldə edilməyib. Qeyd edək ki, Birləşmiş Ştatların Taliban rejimini devirməsindən 3 il sonra həmin rejimin qalıqları qarşıdan gələn parlament seçkilərini pozmağa çalışırlar. Ötən il ərzində baş verən toqquşmalar nəticəsində 700 nəfər həlak olub.
XS
SM
MD
LG