Accessibility links

Gürcüstanda prezident Buşa bomba hücumu həyata keçirmək istəyən şəxs həbs edilib


Prezident Buşun may ayında Gürcüstanin Tbilisi şəhərində çıxışı zamanı qumbara atdığını etiraf edən Vladimir Arutyunyan qumbaranı prezidentin dayandığı tərəfə tullamaq isədiyini deyib. O, Gürcüstan təhlükəsizlik qüvvələrinin video yazılar və mətbuata açıqlanan ifadəsində qumbaranı prezident Buş və prezident Mixail Saakaşvilini qoruyan güllə keçirməyən şüşənın daxilinə tullamağa çalışdığını söyləyib. Tbilisinin azadlıq meydançasında iki liderin əhali qarşısında çıxış etdikləri vaxt qumbara podiumdan 30 metrlik məsafəyə düşmüş, lakin partlamamışdı. Çərşənbə günü Vladimir Arutyunyanın ələ keçirilməsi üçün polisin təşkil etdiyi reyd zamanı baş verən atışma nəticəsində bir təhlükəsizlik işcisi həlak olmuşdur.
XS
SM
MD
LG