Accessibility links

Discovery fəza şatlı orbitə çatıb


Birləşmiş Ştatların fəza agentliyi NASA bildirir ki, agentlik Discovery fəza şatlının səmaya qalxarkən mümkün zərərə məruz qalmasını araşdırır. NASA rəsmilərinin sözlərinə görə, şatlın ekipajı mümkün problemin aradan qaldırılması üçün kosmik gəminin yoxlayır. Ekipaj, raketin səthini 15 metrlik robot əlinə birləşdirilmiş lazer sensor qurğusunun köməyi ilə yoxlayır. ABŞ rəsmiləri fəza şatlının uçuşu zamanı altından və yanacaq rezervuarından ayrılan qırıntılar haqqında xəbər vermişdir. Halbuki, NASA rəsmisi Pol Hilın dediyinə görə, şatlın uçuşu “olduqca yaxşı” gedir. Bu missiya 2003-cü ildə Kolumbiya şattlının qəzaya uğramasından sonra həyata keçirilən ilk uçuşdur.
XS
SM
MD
LG