Accessibility links

Şarm əl-Şeyxda partayışın icarçılarının pakistanlı olması haqqında məlumatlar təkzib olundu


Misir və Pakistan rəsmiləri Şarm əl-Şeyx istirahət zonasında 90 insanın həlak olduğu 3 terror partayışın icarçılarının Pakistanlı olması haqqında məlumatları təkzib etmişlər. Hər iki hökümətin təkzib bəyanatı bu gün açıqlanmışdır. Eyni zamanda Misir polisi Şarm əl-Şeyx partlayışları və keçən il İsrail sərhədi yaxınlıqında Sinay yarmadasında baş vermiş terror aktları arasında əlaqə axtarır. İki hadisə arasında əlaqənin mümkünlüyü, iki militant qrupun Şarm əl-Şeyx istirahət zonasında və keçən Oktyabr Taba istirahət zonasında baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürəndən sonra bəlli olub. Qərb xəbər agentliklərinin dediyinə görə, partlayışlar zamanı öldürülən iki militantın qalıqlarından götürülmüş DNK nümunələri Taba partlayışlarından sonra qaçaq düşmüş 5 şübhəli şəxsin valideynlərinin DNK nümunələri ilə müqayisə olunacaq.
XS
SM
MD
LG