Accessibility links

Kral Fəthin vəfatı münasibətilə  çərşənnbə günü Misirin Şarm Əş-Şeyxdə keçirilməsi nəzərdə tutulan Ərəb ölkələrinin fövqəladə zirvə toplatısı təxirə salınır.


Ərəb ölkələri cəmiyyəti bildirir ki, kral Fəthin vəfatı münasibətilə çərşənnbə günü Misirin Şarm Əş-Şeyxdə keçirilməsi nəzərdə tutulan Ərəb ölkələrinin fövqəladə zirvə toplatısı təxirə salınır. Cəmiyyətin rəsmisi Haşim Yusef Şarm Əş-Şeyxdə müxbirlərə deyib ki, bir neçə gündən sonra zirvə toplantısının nə zaman keçiriləcəyi barədə qərar qəbul ediləcək. Misir prezidenti Hüsni Mübarək İraqın vəziyyəti, İsrail-Fələstin münaqişəsi və terrorçuluq məsələləri müzakirə etmək üçün Ərəb ölkələri cəmiyyətinin fövqməladə zirvə toplantısının təşkilini təklif etmişdi.
XS
SM
MD
LG