Accessibility links

Altıtərəfli danışıqlarda Çin özünün son təklifini irəli sürüb


Şimali Koreyanın nüvə proqramına dair danışıqlarda Çin özünün son, 4-cü təklifini irəli sürdü. Danışıqlarda iştirak edən müşahidəçilər danışıqların uğursuz başa çatacağını bildirmişlər. Nümayəndələrin dediynə görə, səkkiz gündən sonra danışıqlar kritik nöqtəyə çatmışdır. Çin rəsmiləri bütün tərəflərin maraqlarını nəzərə alan layihə təklif etmişlər. Amma Şimali Koreya və digər iştirakçılar razılığa gəlməkdən hələ ki, uzaqdır. ABŞ nümayəndələrinin başçısı Kristofer Hill Çinin təklif etdiyi layihənin sonucu olduğunu və danışıqların sona yaxınlaşdığını bildirmişdir. Cənab Hilın dediyinə görə, bu danışıqlar zamanı razılıq əldə edilməsə nümayəndələr məsləhət üçün vətənlərinə qayıtmalıdır. Şimali və Cənubi Koreyalar, ABŞ, Rusiya, Yaponiya və Çinin iştirak etdiyi bu danışıqlar Pxenyanı nüvə silahları istehsalı proqramına son qoyması üçün təşkil olunmuşdur. Amma nümayəndələrin bildirdiyinə görə, Şimali Koreya rəsmiləri güzəştə getmir və tələblərini gündən-günə artırmaqda davam edir. Cənab Hilın dediyinə görə, Çin rəsmilərinin layihəsi “olduqca gözəl təklifdir” və Pxinyan son qərarını tezliklə verməlidir. Şimali Koreya rəsmilərini bildirdiyinə görə, razılıq əldə edilmədiyi təqdirdə danışıqlar uğursuz hesab olunacaq.
XS
SM
MD
LG