Accessibility links

Elmar Məmmədyarovun Kondoliza Raysla görüşü


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri başlayıb. Səfər zamanı bu gün Elmar Məmmədyarovun ABŞ Dövlət katibi Kondoliza Raysla görüşü olub. Görüş təxminən yarım saat çəkib. Danışıqlardan sonra Azərbaycanın xarici işlər naziri mətbuat üzvlərinin suallarına cavablar verdi. Xarici işlər naziri bildirdi ki, görüşdə Amerika-Azərbaycan münasibətləri ilə bağlı geniş fikir mübadiləsinin aparıldı. Elmar Məmmədyarovun sözlərinə görə, Dövlət katibi Rays ona bildirib ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minks qrupunda həmsədr kimi fəaliyyətini davam etdirəcək. Danışıqlar zamanı Azərbaycanda qarşıdan gələn parlament seçkiləri müzakirə olunub, regionda demokratiya mövzusuna geniş yer verilib. Elmar Məmmədayarovun sözlərinə görə, xanım Rays ona bildirib ki, o, Azərbaycanda demokratiya sahəsində daha böyük tərəqqinin olmasını istəyir. Bundan əlavə, Cənubi Qafqaz regionunda siyasi vəziyyət müzakirə edilib. Regional iqtisadi layihələr haqda fikir mübadiləsi aparılıb, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi, Ərzurum layihəsi müzakirə olunub. Görüşdə Azərbaycan Respubalikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Hafiz Paşayev, Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev, ABŞ prezidenitin Xəzər regionu üzrə xüsusi nümayəndəsi, ATƏT-in Minsk qrupunda amerikalı həmsədr səfir Stiven Mann iştirak edirdi.
XS
SM
MD
LG