Accessibility links

Britaniyalılara qarşı daha artıq hücumlar həyata keçiriləcək


Üsamə Bin-Ladenin müavini Ayman Əl-Zəvahiri yeni bir video-kasetdə britaniyalılara qarşı daha artıq hücumlar həyata keçiriləcəyi, Birləşmiş Ştatların İraqdakı qüvvələrini çıxarmadığı təqdirdə minlərlə əsgər itkisi verəcəyi ilə hədələyib. Bu gün Əl-Cəzirə tele-şirkətinin yayımladığı bu kasetdə Əl-Zəvahiri deyib ki, Londona qarşı gələcək hücumlar Britaniyanın baş anziri Toni Bleyer siyasətinin nəticəsi olacaq. Amerikaya gəldikdə isə o deyib ki, 2001-ci sentyabrın 11-i aksiyaları İraq və Əfqanıstan tərk edilməsə, hücumların başlanğıcı hesab ediləcək. Əl-Zəvahiri Amerikanın onların torpaqlarından çıxması, neft soyğunçuluğuna son qoyması və rüşvətxor rejimlərə dəstəyini dayandırmasını tələb edib.
XS
SM
MD
LG