Accessibility links

Dəyirmi Masa: Mərkəzi Seçki Komitəsi


Azərbaycan siyasətinin gündəmində duran bir nömrəli məsələ qarşıdan gələn parlament seçkiləridir. Avropaya inteqrasiya xəttini götürdüyünü bəyan edən ölkə üçün bu seçkilərin demokratik standardlara cavab verməsi həyati əhəmiyyət daşıyır. Belə ki, son 12 ildə Azərbaycanda keçirilən bütün seçkilərdə kütləvi saxtakarlıq halları qeydə alınıb, və bu səbəbdən bir çox mütəxəssislər parlament seçkilərini Əliyev hökuməti üçün mühüm imtahan hesab edirlər. İstər beynəlxalq ictimaiyyət, istərsə də ölkə-daxili sivil cəmiyyət seçkilərin azad və ədalətli qaydada keçirilməsi yönümündə ciddi səylər göstərir. Bəs sonda bu seçkilər xalqın iradəsini əks etdirəcəkmi? Bu mühüm mövzuda diskussiya aparmaq üçün biz bu günkü verilişimizə Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvləri Vidadi Mahmudovu və Natiq Məmmədovu dəvət etmişik.

Verlişin aparıcısı: Əsgər Əsgərov

Qonaqlar: Vidadi Mahmudov, Natiq Məmmədov

Dinləyicilər: Azər Rəşidoğlu, Rəsul Mirhəşimli

Dəyirmi masanın Audio yazısına dinləmək üçün yuxarıdakı linkə tıklayın

XS
SM
MD
LG