Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyi fövqəladə yığıncaq keçirir


Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə yanaçağı inkişaf etdirməsi məsələsini müzakirə etmək üçün Vyanada fövqəladə yığıncaq keçirir. eynəlxalq Atom Enerjisi Agentliyi fövqəladə yığıncağında İranın uran emali və zəginləşdirilməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bu sistem vasitsilə nüvə stansiyaları və nüvə silahları üçün atom yanacağı əldə etmək olar. Avropa diplomatları deyirlər ki, İranla Avropa Birliyi adından danışıqlar aparan Britaniya, Fransa və Almaniyanın İran islam cümhuriyyətini noyabrda əldə edilən razılığa riayət etməsinə çağıracaqları gözlənilir. Bu razılığa əsasən, İran nüvə proqramını dondurmalıdır. Diplomatlar həmçinin bildirirlər ki, Avropa Birliyi və Birləşmiş Ştatların İranın nüvə programının məsələsinin BMT-nin təhlükəsizlik Şurasına göndərəcəklərini indilikdə gözləmirlər. Diplomatlar deyirlər ki, Qərbin strategiyası İranı əldə edilən müqaviləyə sadiq qalmağa razı salmaqdır. Əks təqdirdə onlar bu məsələ ilə əlaqədar İrana qarşı sanksiyaların tətbiqi məsələsini BMT-nin Təhlükəsizlik Şurasının qarşısında qaldıracaqlar. İran dünən bildirib ki, o, Avropa dövlətlərinin nüvə yanacağının əldə edilməsi təklifini rədd edərək, artıq İsfahandakı nüvə zavodunda uran çövhərindən qaz emal edilməsi programına başlayıb. Avropa Birliyi və Birləşmiş Ştatlar İranın bu yolla atom bombası istehsal edə biləcəyini bildirirlər. İran isə bu fikri rədd edir.
XS
SM
MD
LG