Accessibility links

C.Robertsin namizədliyi gələn həftə təsdiq edilə bilər


ABŞ Senatının Ədliyyə komitəsində Con Robertsin baş hakimliyə namizədliyi məsələsinin müzakirəsinin üçüncü günü başa çatdı. Komitə üzvləri iki saatlıq dinləmələr zamanı Con Robertsə ölüm hökmü, azlıqların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı suallar veriblər. Hakim Robert bir daha bəzi spesifik qanunlarla bağlı fikir söyləməkdən imtina edərək, Ali Məhkənin qanunlarının real həyat və real insanlara aid olduğunu deyib. Con Robert Ədliyyə komitəsi qarşısında ideoloq deyil, qanunun aliliyinə riayət edən hüquqşünas olduğunu bildiirb. Qeyd edək ki, növbəti mərhələ şahidlərin iştirakı ilə keçiriləcək dinləmələr olacaq. Hakim Robertsin təsdiqi ilə bağlı səsvermə gələn həftə keçiriləcək.
XS
SM
MD
LG