Accessibility links

Cənubi Osetiyada insident baş verib


Gürcüstan rəsmilərinin bildirdiyinə görə, Gürcüstan və Cənubi Osetiya çərşənbə günü 10 nəfərin yaralanması ilə nəticələnən minomyot hücumunda biri digərini günahlandırır. İnsident paytaxt Tsxinvalidə Cənubi Osetiyanın müstəqilliyinin 15-ci ildönümününə təsadüf edib. Cənubi Osetiya Gürcüstanı hərbi qüvvələrinin atəş açdığında günahlandırıb. Lakin Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Givi Tarqamadze hücumu Cənubi Osetiyanın provokasiyası adlandırıb. ATƏT bu insidenti qınamış və təcili surətdə təhqiqat aparılmasına çağırmışdır. Xatırladaq ki, Cənubi Osetiya 1990-cı ildə Gürcüstandan ayrılaraq, müstəqilliyini elan etmişdi. Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiya və Abxaziyanı yenidən mərkəzi hökumətin nəzarəti altına gətirəcəyinə vəd verib.
XS
SM
MD
LG