Accessibility links

Bu gün Con Robertsin baş hakim vəzifəsinə təsdiqi gözlənilir


Respublikaçıların başçılıq etdiyi Birləşmiş Ştatlar senatının Ədliyyə Komitəsi Con Robertsin Ali Məhkəmənin baş hakimi vəzifəsinə təsdiq edəcəyi gözlənilir. Təsdiq edildiyi təqdirdə Con Roberts mərhum Vilyam Reynqvistin yerini tutacaq. Bu həftə sentatorlala görüşən prezident Buş demişdir ki, növbəti addım hakim Sandra Dey O’Konnorun yerinə namizəd göstərilməsidir. Komitənin bundan əvvəlki dinləmələrində respublikaçı senator Arlen Spektor Con Robertsin peşəkarlığını yüksək qiymətləndirmişdir. Demokrat senator Dayan Feinstein isə namizədə ömrünün axırına qədər tutacağı vəzifədə abort və təhlükəli məsələlər də daxil edilməklə əsas sualları olacağını bildirmişdi. Bu gün prezident Buş Ali məhkəməyə digər bir namizədin - Sandra Dey O’Konnorun yerinə namizəd barədə danışıqlar aparmaq üçün senatorlarla görüşüb.
XS
SM
MD
LG