Accessibility links

İraq rəsmiləri Britaniyanın üzr istəməsini tələb edirlər


İraqın Bəsrə vilayətinin rəsmiləri iki Britaniya əsgərini xilas etmək üçün həbsxanaya edilən hücumdan sonra Britaniya hərbi qüvvələri ilə bütün əlaqələri kəsdiklərini bildirirblər. Bəsrənin qubernatoru Məhəmməd Əl Vaili bu gün deyib ki, yerli şura əlaqələrin kəsilməsinə səs verib. Onun sözlərinə görə, Britaniya hücuma görə üzr istəməli, vurulan ziyana görə kompensasiya ödəməli və münasibətlər normallaşana qədər əsgərlər İraq rəsmilərinə təhvil verilməlidir.

Xatırladırıq ki, əsgərlər Bəsrədə iki polis işçisini qətlə yetirməkdə günahlandırılaraq bazar ertəsi həbs edilmişdilər. Britaniya hərbiçiləri əsglərin şiə militanatlara təhvil veriləcəyindən ehtiyat edərək onları xilas etmək üçün həbsxanaya hücum etmişdir. İraqın baş naziri İbrahim əl-Cəfəri insidentin İraqla Britaniya arasında münasibətlərə təsir göstərməyəcəyini bildirimişdir.

XS
SM
MD
LG