Accessibility links

ABŞ-ın hərbi vertolyotu Əfqanıstanda qəzaya uğrayıb


Amerika vertolyotunun Əfqanıstanın cənubşərqində yaraqlılara qarşı aparılan əməliyyat zamanı qəzaya uğraması nəticəsində komanda heyətinin beş üzvü həlak olub. Birləşmiş Ştatlar ordusunun nümayəndəsi deyib ki, Çinook növlü vertolyot Zabul vilayətinə desant gətirdikdən və yenidən havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır. Taliban nümayəndəsi Əbdül Lətif Həkimi isə vertolyotun Taliban döyüşçüləri tərəfindən vurulduğunu iddia edib. Lakin Amerika rəsmiləri vertolyotun atəşə məruz qalması barədə heç bir dəlilin olmadığını bildiriblər.
XS
SM
MD
LG