İranın nüvə məramları haqda mübahisələr bu gün Vyanada start götürmüş Beynəlxalq Atom Enerjisi Agentliyinin ümumi konfransının əsas mövzusu olub. İranın vitse-prezidenti Rza Ağazadə Tehranın Nüvə Silahlarının yayılmaması haqda Müqaviləni pozması ilə bağlı qəbul etdiyi qətnaməni pisləyib. Belə ki, bu qətnamə İranın BMT Təhlükəsizlik Şurası qarşısına çıxarılması perspektivini açıq qoyur. Cənab Ağazadənin dediyinə görə bu qətnamə göstərir ki, siyasətin agentliyin işinə təsir göstərməsi məsələlərin absurd səviyyəyə çıxmasına rəvac verə bilər. Qeyd edək ki, agentliyin müdirlər şurası söylənilən qətnaməni ötən Şənbə günü qəbul edib.