Accessibility links

Əfqanıstanın daxili işlər naziri istefa verəcəyini bildirib


Əfqanıstanın daxili işlər naziri Əli Əhməd Jəlali Birləşmiş Ştatlarda öz elmi fəlaiyyətini davam etditmək məqsədi ilə istefa verəcəyini bildirib. Cənab Jəlalinin bəyanatı onun prezident Həmid Karzainin Əfqanıstanın fraksiya liderlərini hökumətə gətirməsinə qarşı olması ilə əlaqələndirilir. Cənab Jəlali bu qərarını Əfqanıstan televiziyasına verdiyi müsahibə zamanı bildirib. O, istefasının əsas səbəbinin Birləşmiş Ştatlarda elmi araşdırmalarını davam etdirmək olduğunu deyib. Qeyd edək ki, cənab Jəlali iyirmi ilə qədər Birləşmiş Ştatlarda siyasi təhlilçi və jurnalist kimi Amerikanın Səsində çalışmışdır. O, 1980-ci illərdə Sovet-Əfqan müharibəsi mövzusunda elmi məqalələrin də müəllifidir. Prezident Karzai hökuməti cənab Jəlalinin istefa qərarının prezidentin region liderlərini hökumətə gətirməsinə etiraz olduğunu inkar edib. Hökumət sözçüsü Kərim Rəhimi mətbuat konfransında bu barədə çox qısa məlumat verərək deyib ki, nazirin istefa qərarının siyasi motivlərlə heç bir əlaqəsi yoxdur və bu onun şəxsi fikridir. Xatırladaq ki, cənab Jəlali 2003-cü ildən Əfqanıstan hökumətində çalışır və cənab Karzainin ən çox hörmət etdiyi məsləhətçisidir.
XS
SM
MD
LG