Accessibility links

Ukraynada yeni nazirlər kabineti formalaşır


Ukrayna prezidenti Viktor Yuşçenko yeni kabinetin üzvlərinin təyinatı üçün dekretlər imzalamağa başlayıb. Şərhçilər deyirlər ki, baş nazir Yuri Yexanurovun kabineti əsas olaraq teknokratlardan ibarət bir kabinet olacaq. Buna baxmayaraq keçmiş baş nazir Yulya Tymoşenko hökumətində işləyən bəzi nazirlər yeni kabinetə təyin olunmuşlar. Qeyd edək ki, prezident Yuşçenko korrupsiya ittihamlarına görə Yulya Tymoşenkonu vəzifəsindən kənarlaşdırmışdı. Bu arada Ukraynanın təhlükəsizlik işçiləri ölkənin ən varlı şəxslərindən olan Rinat Axmetovu bir neçə cinayət işi ilə əladər olaraq yenidən dindiriblər. Cənab Axmetov keçmiş prezident leonid Kuçmanın yaxın adamlarından idi.
XS
SM
MD
LG