Prezident Buş İraqda gələn ay konstutisiya ilə bağl referendumdan öncə zorakılıqların artacağı ilə bağlı xərdarlıq edib. Bu gün Ağ Evdə danışan ABŞ prezidenti deyib ki, terrorçular səsverməyə mane olmaq və Birləşmiş Ştatların müharibədəki qətiyyətini zəiflətmək istəyirlər, lakin onlar buna nail ola bilməyəcəklər. Qərargahı Vaşinqtonda yerləşən mühafizəkar yönlü Beynəlxalq Respubliaçılar İnsitutunun sorğusuna əsasən, iraqlıların 85 faizi referendumda iştirak etmək əzmindədir. Prezident Buş habelə deyib ki, Birləşmiş Ştatların hərbi komandirləri terrorizmə qarşı müharibə və İraqdakı əməliyyatları barədə Konqresin nümayənlərinə məlumat verəcəklər. Missiyaya Konqresin dəstəyinin böyük əhəmiyyəti olduğunu deyən prezident Buş bildirib ki, amerikalılar İraqda ABŞ hərbi qüvvələrinin son naliyyələri haqda məlumat almalıdırlar. Birləşmiş Ştatlarda son rəy sorğuları isə İraq müharibəsi və prezidentə dəstəyin son həftələr azaldığını göstərir