Ali Məhkəmənin yeni sədri John Roberts and içərək vəzifəsinə başlayıb. Bazar ertəsi Ali məhkəmənin sessiyası açılacaq. Cənab Roberts Ali məhkəmənin 17-ci sədri seçilməsi münasibətilə dünən Ağ evdə mərasim təşkil edilmişdi. Mərasimin təşkili onun namizədliyinin senat tərəfindən təsdiq olunduqdan bir neçə saat sonra təsadüf edib. Senatın 78 üzvü onun leyhinə , 22- üzvü isə əleyhinə səs verib. Onun əleyhinə səs verənlərin hamısı demokrat partiyasından senata üzv olanlardır. Ali məhkəmənin təqaüdə çıxan üzvü xanım Sandra Day O’Konnerin yerinə respublikaçı prezident Buş tərəfindən göstəriləcək namizədin senatda kəskin müzakirələrə səbəb olacağı gözlənilir. Məlumata əsasən prezident Buş bu gün Ali məhkəmənin boş olan yerə namizəd irəli sürüb. Lakin, Ağ ev bildirir ki, namizədin adı gələn həftə açıqlanacaq.