Accessibility links

Bakıda polis 34 müxalifət nümayəndəsini həbs edib


Azərbaycanda parlament seçkiləri ərəfəsində müxalifət fəallarının icazəsiz mitinq cəhdi zamanı, polis ən azı 34 nəfəri həbs etmişdir. Amma fəalların dediyinə görə həbs olunanların sayı yüzdən çoxdur. Onların dediyinə görə polis dəyənəklərdən istifadə edərək nümayişi dağıdıb. Ötən bazar günü polis Azərbaycanda azad və ədalətli parlament seçkilərinin keçirilməsini tələb edən yüzlərlə etiraz aksiyası iştirakəçılarının qarşısını almışdı. Qeyd edək ki, bu etiraz aksiyaları Noyabrın 6-da keçiriləcək parlament seçkiləri ərəfəsində cərəyan edir. Beynəlxalq ictimaiyyət bu seçkiləri Azərbaycan üçün demokratiya imtahanı kimi qiymətləndirir. Müxalifət Prezident İlham Əliyevi diktatorial siyasət yeritməkdə günahlandıraraq onun istefasını tələb edir.
XS
SM
MD
LG