Accessibility links

Avropa Birliyi ölkələri Türkiyənin birliyə qəbul edilməsi məsələsini müzakirə edirlər


Bu gün Avropa Birliyinin xarici işlər nazirləri bir araya gələrək Türkiyənin birliyə üzvlük məsələsi ilə bağlı meydana çıxan problemləri həll etməyə çalışırlar. Belə ki, cədvələ əsasən sabah Türkiyə ilə rəsmi üzvlük danışıqlarının başlaması nəzərdə tutulub. Britaniya xarici işlər naziri Cək Strou başqa millətlərin Türkiyənin üzvlüyü ilə bağlı narahatçılığını anladığını qeyd edərək əlavə edib ki, danışıqların dayandırılması Avropa Birliyi üçün uğursuzluq olardı. Avstriya isə israr edir ki, rəsmi Ankaraya üzvlüyə alternativ təklif edilsin. Ankara isə bu təklifi rədd edir.

Bu gün Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan söyləyib ki, Avropa Birliyinin liderləri qərara gəlməlidirlər ki, onlar ticarət blokunun qlobal qüdrətə çevrilməsini istəyirlər və yaxud birlik Xristian Klubu olaraq qalacaq.

XS
SM
MD
LG