Accessibility links

ABŞ prezidenti dünya müsəlmanlarını təbrik edib


ABŞ prezidenti Corc Buş müqəddəs Ramazan ayının başlağıcı münasibəti ilə dünya müsəlmanlarına təbrik mesajı göndərib. Mesajda deyilir: “Mən və Lora Amerika Birləşmiş Ştatları və dünya müsəlmanlarını Ramazan müansibəti ilə təbrik edirik. Ramazan ayı Qurani-Kərimin Məhəmməd peyğəmbərə nazil etdiyi ən müsəddəs aydır. Bu, oruc, xeyriyyəçilik və düşüncə ayıdır. Ramazan mənəvi yetkinlik, etiqad, Allahın nemətlərinin ehtiyacı olanlarla bölüşdürülən bir aydır. Tarix boyu Amerika müxtəlif dinlərə etiqad edənlərin xeyir-duasını alıb. Bizim müsəlman vətəndaşlarımız dövlətin güclənməsinə və Amerikanın ümid, səxavət və şəfqət məkanına çevrilməsinə yardım etmişlər. Amerika Birləşmiş Ştatları və dünya müsəlmanlarının Ramazan ayı mübarək olsun.” ABŞ prezidenti Corc Buş təbrik mesajını “Ramazan mübarək” -deyə biritmişdir.
XS
SM
MD
LG