Accessibility links

Kütləvi informasiya vasitələri yardım proseslərində böyük rol oynayır


Dünyanın ən böyük yardım təşkilatlarından biri olan Qızmızı Xaç cəmiyyətinin bildirdiyinə görə, kütləvi informasiya vasitələri fəlakətlərdən sonrakı yardım proseslərində əvəzsiz rol oynayır. Bu, Qırmızı Xaç cəmiyyətinin 2005-ci il fəlakətərlə bağlı hesabatında bildirilib. Cəmiyyətin son araşdırmlarından məlum olub ki, beynəlxalq fəlakətlərin qurbanlarına informasiya və xəbərlər su, sığınacaq, dərmanlar və digər ehtiyaclar qədər əhəmiyyətlidir. Qırmızı Xaç cəmiyyətinin fəlakətlərlə bağlı hesabatında deyilir ki, bu ilin qasırğalar mövsümü Birləşmiş Ştatlar və Karib dənizi hövzəsində erkən xəbərdarlıqlar milyonlarla insanın evakuasiyası və milyonlarla isnanın həyatının xilasına imkan yaratmışdır. Hesabatda eyni zamanda bildirilir ki, ötən dekar ayı Hind Okeanı regionunda zəlzələ və sunami haqda erkən xəbərdarlıq sisteminin işləməməsi 200 min insanın ölümündə böyük rol oynamışdı. Hesabatda bildirilir ki, keçən il ərzində baş verən 700 fəlakət nəticəsində 250 min insan dünyasını dəyişmişdi. Bu, ondan əvvəlki illə müqayisədə 3 dəfə artıqdır. 1994-2003 illər ərzində dünya boyu baş verən fəlakətlər 67 min insanın həyatına son qoymuşdu. Qırmızı xaç cəmiyyətinin fəlakətlələ bağlı hesabatında deyilir ki, informasiya vasitəsi ilə fəlakətlərə məruz qalan insanları sığınacaq, su və ərzaqla təmin etmək daha asan ola bilər. Sunamidən sonrakı yardım fəlaiyyətlərinə başçılıq edən Peter Kameronun bildirdiyinə görə, cib telefonları fəlakətdən sonra biri-birini itirən minlərlə insanın yenidən qovuşmasına kömək etmişdi.
XS
SM
MD
LG