Amerikalı alimlər Robert Grabbs və Riçard Şrok, habelə fransız alimi İv Şövən Nobel kimya mükafatına layiq görülmüşlər. Qaliblər bu gün Stokholmun Elmələr akademiyasında elan edilib. Kimyaçılar bu yüksək mükafata daha keyfiyyətli dərmanlar və ətraf mühitə ziyanı olmayan plastiklərin istehsalına görə layiq görülmüşblər. 1,3 milyon dolarlıq mükafatı böləcək alimlərə Nobel medalları dekabr ayında təqdim ediləcək.