“Vaşinqton Post” qəzetində dərc edilən məqalədə yazılır ki, müstəqil namizədlər narazı seçicilərin rəğbətini qazanmağa çalışır. Deputatlığa namizədlər Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə qaçqın və ya məcbiri köçkünlərə çevrilmiş insanların diqqətini cəlb etməyə çalışır. Müstəqil namizədlərin parlament seçkilərində fəallığı Prezident İlham Əliyevin seçki prosesində islahatlarla bağlı may ayının 11-i qətnaməsindən sonra daha da artıb. Qəzet yazır ki, namizədlərin bəzisi inqilabın əleyhinə olub, müxalifətin ölkədə qarşıqlıq yaratmaqda maraqlı olduğunu desələr də, Müsavat partiyasının başqanı İsa Qəmbər kimi müxalifət liderləri bu fikri rədd edir.