Accessibility links

ABŞ Senatı müdafiə xərcləri haqda sənədi təsdiq etdi


ABŞ Senatı müdafiə xərcləri ilə bağlı qərar qəbul etməklə, İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün fondlara 50 milyard dollarlıq vəsait ayırıb. 445 milyardlıq bill sentada yekdilliklə təsdiq edilib. İndi qərar nümayəndələr palatası ilə fikir ayrılıqlarının aradan qaldırılması məqsədi ilə konfrans komitəsinə verilir. Təsdiq edildiyi təqdirdə, Senatın bu əlavə 50 milyard dollarlıq fondu Əfqanıstan və İraqdakı əməliyyatlar üçün ayrılmış vəsaitin məbləğini 350 milyarda qaldıracaq.
XS
SM
MD
LG