Accessibility links

Nyu-Yorklular terror hədəsi ilə üzləşib


Bu gün Nyu-Yorkun minlərlə sakini işlərinə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir şəraitdə gedib. Təhlükəszlik tədbirlərinin gücləndirilməsinə şəhər rəsmilərinin metro sistemində terror hücumu təhlükəsi ilə bağlı açıqlaması səbəb olub. Polisin bildirdiyinə görə, Nyu-Yorkun Pensilvaniya dayanacağı bu gün bağlanmış, Amtrak qatarların metro xətlərindən istifadəsi məhdudlaşdırılmışdır. Amtrak dəmir yolu şirkətinin bildirdiyinə görə, təşvişə qazlı su bankasında aşkar edilən zərərsiz yaşıl rəngli maddə səbəb olub. İşçilər zəhərli maddələrdən müdafiə məqsədi ilə xüsusi uniformalar geymiş, polis itlərlə stasiyalarda axtarış aparır. Nyu-York meri Maykl Blumberq dünən bildirmişdi ki, indiyədək belə bir hədə alınmaışdı. Federal Təhqiqat bürosunun bildirdiyinə görə, təhlükənin qarşısı qismən alınmış və hədələrlə bağlı məlumat İraqda üç adamın həbsindən sonra edilir. Vaşinqtonda isə Daxili Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Russ Nok təhlükənin çox ciddi olmadığını deyərək, əldə edilən informasiyanın doğruluğuna şübhə etdiyini deyib.
XS
SM
MD
LG