Bu gün cənubi Asiyada, Əfqanıstandan tutmuş Hindistana qədər baş verən güclü zəlzələ yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. Rəsmilərin bildirdiyinə görə, zəlzələnin mərkəzi Pakistanın nəzarəti altındakı Kəşmirdə olub.
Pakistanın nəzarəti altında olan Kəşmirdən 100 kilmoterdən az məsafəfə yerləşən İslamabadda təcili yardım dəsdələri zəlzələdən ziyan çəkmiş insanlara kömək üçün tələsirlər. Bu gün səhər saat 9-dan bir az əvvəl baş verən 7,6 bal gücündəki zəlzələ 10 mərtəbəli binanın dağılmasına səbəb olmuşdur. Məhəllə sakinlərinin dediyinə görə, yüzlərlə insan ya həlak olmuş, ya da dağıntılar altında qalmışdır. Hindistanda və Əfqanıstanda ölənlər və yaralananların çox olması barədə xəbərlər verilsə də, vəziyyətin ən çox Pakistanda ağır olduğu bildirilir. Rəsmilərin bildirdiyinə görə, zəlzələ Pakistanın şimalında yer sürüşmələrinə səbəb olmuş və bunun nəticəsində bəzi kəndlər torpaq altında qalmışdır. Pakistanın daxili işlər naziri Aftab Şerpao yerli xəbərlər proqramına zəlzələnin çox böyük ziyan vurduğunu bildirib.
Pakistan prezidenti Pərviz Müşərrəf zəlzələdən sonra İslamabadda olmuşdur. O, müxbirlərə gördükləri haqda məlumat vermiş və demişdir ki, bu zəlzələ onun ölkəsi üçün imtahandır və xalq bu imtahandan nailiyyətlə çıxacaq.
Hökumət rəsmiləri Pakistanda ölənlərin sayının minlərlə olacağını təxmin edirlər. Zəlzələ Kabildən tutmuş Dehliyə qədər dağıntılara və insanların küçələrdə qalmasına səbəb olmuşdur. Xilasetmə dəstələri Kəşmirlə Hindistan sərhəddi yaxınlğında zəlzələnin mərkəzi olan ucgar yerlərə çatmaq üçün gərgin fəaliyyət göstərirlər. Yeraltı tekanların davam etdiyi bir zamanda gün ərzində ölən və yaralananların sayı olduqca artıb. Digər tərəfdən zəlzələ nəticəsində Əfqanıstanın Cəlalabad şəhərində iki uşağın, Kəşmirdə yer sürüşməsi nəticəsində 15 Hindistan əsgərinin öldüyü bildirilir.
Bu gün günortadan sonra Hindisdanda zəlzələ nəticəsində ölənlərin sayının 150 olduğu bildirilsə də, bu rəgəm artmaqda davam edir. Pakistanda isə ölənlərin sayının azı 500 nəfər, yaralananların 1700 nəfər olduğu bildirilir.