Prezident Buş Amerika xalqına etdiyi ənənəvi radiomüraciətində Ali Məhkəmənin üzvlüyünə namizəd göstərdiyi Ağ Evin hüquq müşaviri Harriet Mayersi bir daha dəstəklədiyini bildirib. Cənab Buş deyib ki, xanım Mayersin malik olduğu zəngin hüququ təcrübəsi son 35 il ərzində Ali Məhkəmənin üzvlüyünə göstərilən namizədlərin heç birində olmayıb. Prezident Buş xanım Miersin məhkəmədə bir vəkil, Ağ Evin məsləhətçisi, həmçinin, onun xeyriyyəçilik işlərinə istinadən bu izahatı verib. Sekeptiklər xanım Miersinin təcrubəli olmadığını iddia edirlər.