İki gün əvvəl güclü zəlzələdən sonra Pakistanda dağıntılar altından sağ qalanların axtarış əməliyyatı davam etdirilir. Rixter şkalası ilə 7.6 bal şiddəti olan zəlzələ nəticəsində ölənlərin sayı 20000-i ötüb. Şənbə günü fəlakəti səbəbi ilə ölənlərin sayı Pakistan Kəşmirində daha yüksəkdir. Zəlzələ həm də Pakistanın şimal-qərb vilayətində də ciddi dağıntılara yol açıb. Hazırda dünya ölkələrindən yardımlar fəlakət zonasına yönəldilib. Artıq İslamabada ərzaq, su, dərman və ədyallar daşıyan təyyarələr enməkdədir. Birləşmiş Ştatlar 50 milyon dollarlıq maliyyə yardımı ilə yanaşı regiona 8 vertolyot göndərmişdir. Pakistanın hərbi qüvvələri yollar və kommunikasiya şəbəkələrini bərpa etməkdədir. Əhali ərzaq və yanacaq qıtlığı ilə üzləşib. Müzəffərabad şəhərində talançılıq edilir. Yardım agentlikləri 120 000 insanın sığınacaqla təmin edilməli olduğunu bildirir. Regionda 4 milyon insan evsiz qalmışdır. Beynəlxalq Qırmızı Xaç cəmiyyəti 100000 insanı ərzaq və sığınacaqla təmin etməyə çalışır. BMT-nin UNİSEF uşaq fondu uşaqlı ailələrə 20 milyon dollar məbləğində əlavə yardım tələb edir. Agentlyin bildirdiyinə görə, zəlzələyə məruz qalan bölgələrdə hər beş adamdan biri beş yaşından aşağı uşaq, yarısı isə 18 yaşından az gənclərdir.