Accessibility links

Pakistana əlavə yardım göndərilib


Bu ABŞ tərəfindən zəlzələnin təsirinə məruz qalmış Pakistana əlavə yardım göndərilib. Amerikanın Mərkəzi Hərbi Komandanlığının bildirdiyinə görə, C-130 və C-17 növlü təyyarələrlə 30 ədəd yardım paketi daşınıb. Qeyd edək ki, 40 000 kiloqram çəkisi olan su, dərman, ərzaq və ədyallarla 12 yardım paketi Pakistana dünən göndərilmişdi. Hazırda Amerika və Pakistan hərbiçiləri yardımın ən böyük ehtiyac duyulan bölgələrə göndərilməsini koordinasiya edir. Müdafiə Nazirliyi Amerikanın Cənubi Asiya zəlzələsinə cavabının koordinasiyasını hərbi dəniz donanmasının admiralı Maykl Lefeveriyə həvalə edib.
XS
SM
MD
LG