Accessibility links

ABŞ prezidenti Nyu-Orleana səfər edib


ABŞ prezidenti dünən bərpa işləri ilə bağlı ştat və yerli rəsmilərlə görüş keçirib. Corc Buş Konqres üzvləri və hərbi nümayəndələrlə birgə Nyu-Orleanın meri Rey Naginin təsis etdiyi komissiya üzləri ilə şam yeməyində iştirak edib. Nyu-Orlean komissiyasının yaradılmasının məqsədi Katrina qasırğasından sonra Missisipi çayının mənsəbində yerləşən Nyu-Orlean şəhərinin bərpasına yardımdır. Prezident Buşun dediyinə görə, federal hökumət şəhərin bərpası xərclərinin böyük hissəsini ödəyəcək. Buraya yeni yollar və körpülərin salınması, məktəb binalarının inşası, iş treyninqləri, habelə səhiyyə xidmətlərinin bərpası daxildir. ABŞ prezidenti NBC tele-şirkətinə müsahibəsi zamanı yerli rəsmilərin inkişaf planını dəstəkləyəcəyini deyib. Amerikanın dövlət başçısı yaşayış binalarının inşa edildiyi bölgədə olub. Bu gün prezident Buş və birinci xanım Lora Buş yerli liderlərlə bərabər Luiziana ştatının Kovington ibtidai məktəbinin açılış mərasimində iştirak edib.
XS
SM
MD
LG