Accessibility links

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılışı oldu


Gürcüstan, Azərbaycan və Türkiyə prezidentləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılışında iştirak ediblər. Tədbir paytaxt Tbilisi yaxınlığında yerləşən neft terminalında keçirilib. Gürcüstan prezidenti Mixail Saakaşvili, o cümlədən, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Əhməd Necdet Sezer neft kəmərinin onların ölkələrinin tərəqqisinə xidmət edəcəyini bildirmişlər. Birləşmiş Ştatların dəstəklədiyi 4 milyard dollarlıq layihə gündə bir milyon neftin nəqlini nəzərdə tutur. Neft kəməri vasitəsilə Azərbaycan və mümkündür Qazaxıstan nefti Rusiyanı ötərək Türkiyənin Aralıq dənizi sahili, oradan isə qərb bazarlarına nəql ediləcək. Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı may ayında olmuşdur.
XS
SM
MD
LG