Accessibility links

İraqda intiharçı hücumları artır


İraq polisi bildirir ki, bir intiharçı Suriya sərhəddi yaxınlığındakı Tal Afar şəhərinin hərbi xidmətə çağırış məntəqəsi yaxınlığında kəmərində gizlətdiyi bombanı partlatması nəticəsində 30 nəfər ölmüş, 35 nəfər isə yaralanmışdır. Bu intihar hücumu son iki gün ərzində həyata keçirilən ikinci əməliyyatdır. Xatırladaq ki, dünən bir intiharçı bomba yerləşdirilmiş maşını bazarda partlatması nəticəsində 30 nəfər həlak olmuşdu.

Birləmiş Ştatlar və İraq rəsmiləri şənbə günü yeni konstitusiya ilə bağlı referendum zamanı daha artıq zorakılıqlara əl atıla biləcəyi barədə xəbərdarlıq veriblər. Bu arada İraq sünnilərinin ən böyük İslam partiyası dünən əsas qanunu dəstəkləyəcəyini elan edib. Parlamentin bugünkü növbədənkənar sessiyasında əldə edilən razılıq müzakirə ediləcək. Ağ Ev İslam Partiyası ilə əldə edilən razılığı alğışlamışdır.

XS
SM
MD
LG