Accessibility links

Asiya və Sakit Okean regionlarında insan alveri artmaqdadır


Asiya və Sakit Okeanı regionu ölkələri insan alveri və qadınlara qarşı zorakılqırla mübarizə səylərini gücləndirsələr də ekspertlərin fikrincə insan alveri ölüm halları ilə bərabər artmaqdadır.

Birləşmiş Millətlər Təşkilatının 1979-cu ildə qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını yasaqlayan konvensiya qəbul etməsindən sonra Asiyada bir sıra ölkə konvensiyanı ratifikasiya edərək qanunların müdafiəsi ilə bağlı qərarlar qəbul etmişlər. Asiya ölkələri hökumətlərinin keçən həftə Bankok yığıncağında bu sahədə daha artıq iş görülməsinin vacibliyi vurğulanmışdı. İnsan alverinin qarşısının alınması üzrə Asiya Regional Əməkdaşlıq Təşkilatının meneceri Ann Qallagerin dediyinə görə, BMT konvensiyasının ratifikasiyası hökumətlərin məsuliyyətidir. Xanım Qallagerin dediyinə görə, insan alveri, bu alverin qurbanları və onlara qarşı zorakılıqlar artmaqdadır. Buraya daha çox mütəşəkkil cinayət qrupları cəlb olunur. Bu isə problemin ciddiləşdiyinə işarədir - deyə Ann Qallager bildirib. Amerika Birləşmiş Ştatlarının bildirdiyinə görə hər il cənubi-şərqi Asiya ölkələrində 250 min qadın və uşaq insan alverinin qurbanlarına çevrilir

XS
SM
MD
LG