Britaniyanın baş naziri Toni Bleyer hökumətin terrorizmə qarşı yeni qanununu parlamentə təqdim edib. Bu qanun terrorizmdə şübhələnilən şəxslərin ittiham irəli sürülmədən 90 gün nəzarət altında saxlanılmasını nəzərdə tutur. İyulun 7-də Londonda baş verən terror hücumlarından sonra qəbul edilən bu qanun terrorrizmi dəstəkləyən və exstremist materiallar yayan təşkilatların fəliyyətini qadağan edir. Qanun həmçinin britaniyalıların terror hazırlıqlarında iştirakını qadağan edir. Dünən cənab Bleyer demişdir ki, polis şübhəlilərin iki həftə saxlanması müddətinin uzadılmasını tələb edir. O deyib ki, sılahiyyətli nümayəndələr istintaq və xarici agentliklərlə əməkdaşlıq üçün daha artıq vaxt tələb edən terrorizmin yeni formaları ilə mübarizəyə başlayıb. Tənqidçilər bunun mülki azadlıqlara zidd olduğunu deyirlər.