Accessibility links

Iraqda referendumdan sonra səslər hesablanır


Bu gün İraqda yeni konstitusiya layihəsi ilə bağlı referendumdan sonra səslərin sayılması davam edir. İlkin nəticələr göstərib ki, Amerikanın dəstəklədiyi sənəd təsdiq edilə bilər. Associated Pressin verdiyi məlumata görə, böyük əhəmiyyət kəsb edən Diyala vilayətində seçicilərin 70 faizindən çoxu referenduma müsbət səs verib. Diyala vilayəti sünnü ərəblərin yaşadığı üç əsas vilayətdən biridir. Qeyd edək ki, bu vilayətlərdə seçicilərin üçdə iki hissəsinin müsbət səsi əldə edilməsə, konstitusiya təsdiq edilməyə bilər.
XS
SM
MD
LG