Accessibility links

Əfqanıstanda seçki saxtakarları işdən azad edilib


Əfqanıstanda seçki rəsmiləri ötən ayın parlament seçkilərində saxtakarlıq törətməkdə şübhəli bilinən 50 nəfəri işdən azad ediblər. BMT-Əfqan birgə seçki komissiyasının sədri Riçard Atvud deyir ki, 650-dən çox qutu sayılma prosesindən çıxarılıb, çünki bülletenlərin həmin qutulara seçki rəsmiləri tərəfindən doldurulması güman edilir. Amma cənab Atvud səslərin yenidən sayılmasını istisna edib. Onun fikrincə saxtakarlıqların həcmi o miqyasda deyil ki, seçkilərin nəticələrinə təsir göstərsin.
XS
SM
MD
LG