Accessibility links

Əfqanıstanda ruhanilər hədəf alınıb


Əfqan rəsmilərinin bildirdiyinə görə, Taliban qiyamçıları hökumətə yaxın olan 2 müsəlman ruhanisini qətlə yetiriblər. Bu, cümə günü Xost vilayətində məscidin bombalanmasından sonra baş verib. Rəsmilər deyirlər ki, Molla Məhəmməd Gül bazar günü gecə Ləşkərgahdakı məsciddən evinə qayıdarkən güllələnib. Bir neçə saat sonra isə naməlum şəxs şərqi Kunar əyalətində dini şuranın rəhbəri Nur Əhməd Canın evinə girərək onu öldürmüşlər. Qeyd edək ki, yaxın keçmişdə Taliban qiyamçıları militantları pisləyən bir neçə ruhanini qətlə yetiriblər.
XS
SM
MD
LG