Accessibility links

Azərbycanda bir helikopter alov içində yerə dəymişdir


Azərbaycanın qərbi Göyçay mahalında bir helikopter alov içində yerə dəymişdir. Röyterz xəbərlər agentliyi AZAL hava yolları şirkətinin nümayəndəsinə istinad edərək bildirir ki, Rus hərbi helikopterinin içində olan 5 sərnişin həlak olmuşdur. Agentliyin verdiyi xəbərə görə Türkiyənin Trabzon şəhərindən Pakistanda zəlzələ zonasına yardım məqsədilə uçan helikopter Göyçayda yanacaq doldurmaq üçün enməyi planlaşdırırdı. Hələlik əlavə məlumat almaq mümkün olmayıb.
XS
SM
MD
LG