Accessibility links

Bağdadda 11 adam həlak olub


İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda üç maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə 11 adam həlak olub. Hadisə xarici jurnalistlərin yaşadığı mehmanxanalar yaxınlığında baş verib. Şeraton və Fələstin mehmanxanaları yaxınlığında baş verən hadisə zamanı bir neçə adamın yaralandığı bildirilir. Bununla yanaşı İraqın seçki komissiyası Ninevah vilayətində səslərin hesablandığını bildirib. Seçki rəsmilərinin dediyinə görə, sünnü ərəblərin əkksəriyyət təşkil etdiyi Ənbar və Səlahəddin vilayətlərində seçicilərin üçdə iki hissəsi referendumun əleyhinə səs verib.
XS
SM
MD
LG