Accessibility links

Britaniya qanunvericisi yalan danışmaqda ittiham edilir


ABŞ-ın Senat Komitəsi Britaniyanın parlament üzvü Corc Galloveyin BMT-nin neft ərzaq əvəzinə proqramından gəlir əldə etdiyini danmaqla, yalan söylədiyini bildirir. Komitənin hesabatında cənab Gallovey və onun xanımının İraq neftindən əldə edilən gəlirin 600000 dollarını qəbul etdikləri deyilir. Respublikaçı senator Norm Kolman bildirib ki, bu, cənab Galloveyin may ayında komitə qarşısında ifadə verməsindən sonra aşkar edilib. Hesabata bank sənədləri, İraqın sabiq baş naziri Tariq Əzizlə müsahibələr də daxil edilməklə, digər dəlillər əlavə edilir.
XS
SM
MD
LG