Accessibility links

BMT Suriyaya xəbərdarlıq verir


Rusiya bildirir ki, BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı sanksiyaların tətbiqinə mane olunması üçün bütün imkanlardan istifadə edəcək. Xarici İşlər Nazirliyinin nümayəndəsi bu bəyanatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İsrail səfərindən əvvəl verib. Birləşmiş Ştatlar, Britaniya və Fransanın qəbul etdiyi qətnamə layihəsində bildirilir ki, Suriya Livanın sabiq baş naziri Rafiq Həririnin sui-qəsdində əli olduğundan şübhələnilən hər bir şəxsi nəzarət altına almalıdır. Qətnamə layihəsində habelə, şübhəlilərin əmlaklarının dondurulması və BMT təhiqiqatçıları tərəfindən şünhəli elan edilənlərin səyahət etmələrinə qadağalar qoyulması tələb edilir. Sənəddə deyilir ki, BMT ilə əməkdaşlığı rədd etdiyi təqdirdə Suriyaya qarşı sanksiyalar tətbiq ediləcək. Qətnamə layihəsi BMT-nin müstəntiqlər heyətinin başçısı, Almaniya prokuroru Detlev Mehlisin Təhlükəsizlik Şurasından Suriya rəsmilərinin müstəntiqlər heyətilə əməkdaşlıq etməsi üçün onlara təzyiq göstərməsi xahişindən bir neçə saat sonraya təsadüf edir.
XS
SM
MD
LG