Accessibility links

İraqda seçkilərə qeydiyyat prosesi başa çatdı


İragın siyasi partiyalarından namizədlər dekabrın 15-də keçiriləcək parlament seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçirlər. Siyası partiyaların bu tədbiri sünni ərəblərin 3 əsas patrtiyası, şiə və kürd icmalarının ümumi seçkilərdə koalisiya təşkili barədə razılıq əldə etmələrindən sonraya təsadüf edir. İraqın Şiə Birliyi Alyansı birliyin tərkibində qalacaqlarını elan edib. Bundan əvvəl iki kürd fraksiyası və azlıq təşkil edən ərəb sünni qrupları seçkilərə vahid namizəd irəli sürücəklərini bildirmişlər. Bu gün namizədlərin qeydiyyatdan keçmələrinə qoyulan möhlət başa çatır. Dekabrın 15-i seçkiləri İraqda baş verəcək üçüncü siyasi proses olacaq. Belə ki, cari ilin yanvar ayında müvəqqəti hökumət təşkil edilmiş və oktyabrın 15-də konstitusiya layihəsi ilə bağlı referendum keçirilmişdi.
XS
SM
MD
LG